AZ

" İranı alçalmaqdan və ölümdən xilas etməyə çalışdım" - Trampdan NÖVBƏTİ AÇIQLAMA

Nüvə sazişi üzərində  işləyərkən  aylarla İsraili İranı vurmamağa çağırdım.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp cümə günü Reuters agentliyinə verdiyi müsahibədə deyib. 

Tramp özünün və komandasının hücumların olacağını bildiyini və hələ də razılaşma üçün yer gördüyünü deyib. 

"Biz hər şeyi bilirdik və mən İranı alçalmaqdan və ölümdən xilas etməyə çalışdım. Onları çox böyük səylə xilas etməyə çalışdım, çünki razılığın əldə olunmasını çox istərdim", - Tramp deyib.
ABŞ prezidenti bildirib ki, onlar hələ də bir razılaşma əldə edə bilərlər,  hələ də gec deyil. 

Tramp deyib ki,  dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahunu diplomatiyaya daha çox vaxt vermək üçün İsrailin hücumunu təxirə salmağa razı salıb. Halbuki Tramp  özü nüvə danışıqları uğursuz olarsa, Körfəz ölkəsini bombalayacağı ilə hədələmişdi.

ABŞ prezidenti İsrailin İranda silsilə dağıdıcı reydlər keçirmək qərarını dəstəklədiyini bildirib və Tehranın nüvə proqramını dayandırmaq üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu nümayiş etdirib.

Aytac,

Sitat.info 

Seçilən
13
1
sitat.info

2Mənbələr