AZ

"Yuventus" futbolçusunu "Milan"a buraxmadı

"Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiasonun yay transfer pəncərəsində klubu tərk etməsi real görünmür.

90deqiqe.Az-ın məlumatına görə, "Milan", Teo Hernandesin gedişini nəzərə alaraq, italyanı onun potensial əvəzləyicisi kimi görür və futbolçu ilə müqavilə bağlamaqda maraqlı idi.

“Qoca sinyora” 25 yaşlı müdafiəçini “rossoneri”nin təklif etdiyi qiymətə satmaq fikrindən daşınıb. Turin klubu Kambiaso ilə yolları ayırmaq niyyətində deyil.

Andrea Kambiasonun "Yuventus"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Qış transfer dönəmində "Mançester Siti" də müdafiəçiyə maraq göstərmişdi. Transfermarkt-ın məlumatına əsasən, futbolçunun hazırkı transfer dəyəri 50 milyon avrodur.

Seçilən
6
90deqiqe.az

1Mənbələr