İsrail Təbrizə yeni zərbələr endirib.
"Report"un məlumatına görə, bu barədə İranın Press TV telekanalı özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"İsrailin zərbəsindən sonra İranın şimal-qərbində yerləşən Təbrizin səması üzərində tüstü qalxır", - partlayış görüntüləri ilə müşayiət olunan məlumatda deyilir.
Öz növbəsində, Mehr News bildirir ki, onun malik olduğu məlumatlara görə, İsrail hücumuna Təbriz neft emalı zavodunun ətrafındakı ərazi məruz qalıb.