AZ

Xankəndidə 37 ildən sonra “Son zəng” çalındı (FOTO)

Xankəndi. Trend:

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə “Sonzəng” tədbiri keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, məzun günündə həmçinin, bu məktəbin 1988-ci il məzunları üçünvaxtilə baş tuta bilməyən “Son zəng” mərasimi də keçirilib.

Qürurverici bu gündə təşkil olunan tədbirdə Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və TəhsilNazirliyinin əməkdaşları, məktəb kollektivi, şagirdlər,valideynlər, şəhid ailələri və müharibə veteranları iştirakediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və ölkəmizinərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsininbir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Çıxış edən Prezidentin xüsusi nümayəndəsinin müavini SəbuhiQəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdətəhsilin inkişafı istiqamətində atılan addımların savadlı,vətənpərvər və dövlətə bağlı gənclərin yetişməsində mühüm roloynadığını vurğulayıb.

O həmçinin qeyd edib ki, bu gün Azərbaycanın gələcəyi üçünbilikli, fəal və milli ruhda böyüyən gənclər yetişir. Gənclərindünyanın aparıcı ali təhsil müəssisələrində, ölkəmiz üçün prioritetsahələr üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb.

“Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilədavam edib.

Qeyd edək ki, bu il Xankəndi şəhər Nizami Gəncəvi adına 4nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Seçilən
3
15
az.trend.az

10Mənbələr