Bu gün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərində də "son zəng" çalınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə 2024-2025-ci tədris ilində GDRTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 8 413, XI siniflərini 6 284 nəfər bitirir.
Cari tədris ilində GDRTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 89 964 şagird şagird təhsil alır.
Qeyd edək ki, GDRTİ-nin tabeliyində 255 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu