Bakı. Trend:
Azərbaycan xarici vətəndaşların İrandan təxliyəsinə vasitəçilikgöstərməyə davam edir.
Qazaxıstanın Bakıdakı səfirliyindən Trend-ə bildirilib ki, Qazaxıstan vətəndaşları“Astara” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxilolublar.
"Raket hücumları zamanı Tehranda olan altı Qazaxıstan vətəndaşıAzərbaycanın quru sərhədi ilə təxliyə olunublar. Onunların təxliyəolunmasına Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakısəfirliyi vasitəçilik edib",- diplomatik nümayəndəlikdənbildiriblər.
Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətindənöz vətəndaşlarının İrandan təxliyəsi və Azərbaycan ərazisindənkeçməklə vətənlərinə qayıtmalarına köməklik göstərməyi xahişediblər.