AZ

Fabio Kannavaro Rusiya klubunu çalışdıra bilər

"Real", "Yuventus"un və digər klubların keçmiş futbolçusu Fabio Kannavaro Moskva ÇSKA-sının yeni baş məşqçisi ola bilər.

90deqiqe.Az-ın məlumatına görə, Moskva klubunun prezidenti Yevgeni Giner mütəxəssisin dəvət olunmasında şəxsən maraqlıdır. Rusiya klubu artıq italyan mütəxəssislə danışıqlara da başlayıb.

Hazırda Kannavaronun son iş yeri Zaqreb “Dinamo”sudur. Mütəxəssis bu komandada 2024-cü ilin dekabrından 2025-ci ilin aprel ayına kimi çalışıb. Bundan əvvəl Kannavaro “Udineze”, “Benevento”, Səudiyyə Ərəbistanının “Əl-Nasr”, eləcə də Çinin “Quançjou Everqrand” və “Tyanszin” klublarına rəhbərlik edib.

Qeyd edək ki, daha əvvəl Marko Nikoliç ÇSKA-nın baş məşqçisi postunu tərk edib.

Seçilən
22
90deqiqe.az

1Mənbələr