AZ

Alisson Bekkerdən "Qalatasaray"a rədd cavabı

style='margin-bottom:10px;'>

"Qalatasaray" bir neçə həftə əvvəl "Liverpul"un qapıçısı Alisson Bekkerlə bağlı araşdırma aparıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

İstanbu təmsilçisi  32 yaşlı qolkiperi heyətinə qatmaq istəyib. Lakin braziliyalı Türkiyə klubunun təklifini rədd edib.

Qeyd edək ki, Bekker 2018-ci ilin yayından "Liverpul"un formasını geyinir. Bu müddət ərzində o, bütün yarışlarda 298 oyun keçirib, 127 matçda qapısını qolsuz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr