AZ

İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçir

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu audit xidməti üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 11 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 2-si, saat 16:00-a qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, H.Zərdabi, 88a ünvanına təqdim edə bilərlər.

Təkliflərə həmin gün, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

İqtisadi Elmi Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərmanına dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında yaradılıb.

Seçilən
30
report.az

1Mənbələr