AZ

Emin Əmrullayev: Orta məktəb məzunlarının ali məktəbə qəbul olmaq şansları fərqlidir - Yenilənib

Elm və təhsil naziri Emin Əmrullayev abituriyentlərin universitetə qəbul olma imkanlarının fərqli olduğunu bildirib...

"Report"un Aran bürosu xəbər verir ki, bu barədə o, Hacıqabul rayonu Muğan qəsəbə tam orta məktəbində keçirilən "Son zəng" mərasimində danışıb.

Nazir bu prosesdə məzunlara uğurlar arzulayıb:

“Kiminsə universitetə qəbul olmaq şansı digərindən bir az çox, yaxud kiminsə nəticəsi başqasından aşağı ola bilər. Amma hər birinizin yaxşı vətəndaş və dürüst insan olmaq üçün imkanları eynidir.

Buna görə də ilk növbədə hər birinizə Azərbaycan üçün yaxşı vətəndaş, dürüst insan, ətrafınızdakılar üçün isə faydalı biri olmağı arzulayıram”.

***

Elm və təhsil naziri Emin Əmrullayev Hacıqabulda iki orta təhsil məktəbində “Son zəng” tədbirində iştirak edib.

Poliqon.info

Seçilən
15
1
poliqon.info

2Mənbələr