AZ

Skuterlə toqquşan aktrisa xəstəxanadan evə buraxıldı

BAKI, 14 iyun. TELEQRAF

Bir neçə gün əvvəl skuterlə toqquşaraq xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova evə buraxılıb.

Bu barədə Teleqraf-a aktrisanın özü məlumat verib.

O qeyd edib ki, müalicəsi ev şəraitində davam edəcək:

“Ötən gün xəstəxanadan evə buraxıldım. Səhhətim yaxşıdır, müalicəm ev şəraitində davam edir. Yataq rejimindəyəm və həkim hələ ki, işə çıxmağa həkim icazə vermir”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisabir neçə gün əvvəl küçədə skuterlə toqquşaraq, başından travma alıb və Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilmişdi.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr