AZ

Beyləqandakı yanğında 13 nəfər tüstüdən zəhərlənib

Xəbər verdiyimiz kimi, Beyləqanda bazar ərazisində yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğında 13 nəfər tüstüdən zəhərlənib, 3 nəfər isə yüngül xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən 16 nəfər (15-i kişi, 1-i qadın) Beyləqan Rayon Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1984-cü il təvəllüdlü şəxsə sol biləyin kəsilmiş, cırılmış yarası, 1995-ci il təvəllüdlü şəxsə sol qolun cırılmış yarası, 2004 -cü il təvəllüdlü şəxsə isə sol ayağın 1-ci barmağının kəsilmiş yarası, digər şəxslərə isə tüstüdən zəhərlənmə diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Ziya Əmirxanlı

Seçilən
29
3
qafqazinfo.az

4Mənbələr