AZ

Bu gün işğaldan azad olunan üç məktəbdə “Son zəng” tədbiri keçirilir - Sədr

Bakı. Trend:

Bu gün 1988-ci ildə məzun ola bilməyən insanların son zəngtədbiri yenidən baş tutur. Bu çox qürurverici hadisədir.

Trend xəbərverir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədriElnur Nəsibov Xankəndidə keçirilən “Son zəng” tədbirindəjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün işğaldan azad olunan üç məktəbdə“Son zəng” tədbiri keçirilir:

“Bunlar 1 nömrəli Şuşa məktəbi, 4 nömrəli Xankəndi məktəbi vəMehdi Mehdizadə adına Cəbrayıl məktəbidir”.

E.Nəsibov onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəyerləşən ümumi təhsil və məktəbəqədər müəssisələrində 3 minə çoxşagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır və 500-ə qədərtəhsilverən çalışır.

Seçilən
1
1
az.trend.az

2Mənbələr