AZ

Misirdə türkiyəli deputatı aksiyada yaraladılar - VİDEO

Misir təhlükəsizlik qüvvələri Qəzzada Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Rifah Sərhəd Qapısının Misir tərəfində dinc nümayiş keçirməyi planlaşdıranlara sərt şəkildə müdaxilə edib. 

Ölkə.az xəbər verir ki, aksiyada iştirak edən  türkiyəli deputat da  hüquq-mühafizə orqanlarının  nümayişçilərə güc tətbiqi zamanı  ciddi xəsarət alıb.

Aksiya iştirakçılarına güc tətbiqi zamanı Türkiyənin  HUDA PAR Mersin millət vəkili Faruk Dinç başından yaralanıb.
Məsələ ilə bağlı HUDA PAR-dan aşağıdakı açıqlamalar verilib:


"Misirdə Rifah Sərhəd Qapısının açılışı üçün təşkil edilən Qlobal Vicdan Yürüşünə qatılan Mersinli millət vəkilimiz cənab Faruk Dinç hücum nəticəsində yaralanıb.  Çox sayda Türkiyə vətəndaşı da daxil olmaqla fəalların təhlükəsizliyi  təhlükə altındadır.  Aksiya iştirakçılarına qarşı hücumları dayandırmaq üçün  Misir rəhbərləyinə xəbərdarlıq edilməlidir. Bunun üçün də Türkiyə Böyük Millət Məclisinin sədri cənab Numan Kurtulmuşu və xarici işlər naziri cənab Hakan Fidanı  prosesə müdaxilə etməyə çağırırıq”.
Mürtəza
Ölkə.az

Seçilən
14
1
olke.az

2Mənbələr