AZ

İran və İsrailin dron dueli: sərhəddə və Yaxın Şərq səmasında toqquşma

İran Silahlı Qüvvələri İsrailə məxsus kəşfiyyat dronlarını vurub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb. Bildirilib ki, insidents Səlmas şəhəri yaxınlığında – İran-Türkiyə sərhədində baş verib.

Eyni zamanda, İsrail Müdafiə Ordusu (IDF) İudeya və Ölü dəniz bölgələrində İranın pilotsuz uçuş aparatlarının (PUA) ələ keçirildiyini açıqlayıb.

Hadisələr Yaxın Şərqdə gərginliyin səngimədiyini bir daha nümayiş etdirir.

Foto – illüstrativ xarakter daşıyır.

 

Seçilən
20
1
musavat.com

4Mənbələr