AZ

Fabio Kannavaro Rusiya klubunu çalışdıra bilər

ÇSKA Fabio Kannavaronu baş məşqçi postuna dəvət etmək istəyir.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio öz saytında məlumat yayıb.

Mənbənin qeyd etdiyinə görə, 51 yaşlı italiyalı mütəxəssis Xorvatiyadakı təcrübəsindən sonra Rusiyaya gələ bilər.

İtaliya millisinin sabiq müdafiəçisi və “Qızıl top” mükafatçısı Kannavaro bundan əvvəl “Udineze”, “Benevento”, Çin və Səudiyyə Ərəbistanı klublarını çalışdırıb.

Bu həftə Marko Nikoliç ÇSKA-nın baş məşqçi postunu tərk edib. Mətbuatda yayılan məlumatlara görə, AEK-ə keçmək məqsədilə müqaviləyə xitam verilməsinə görə təzminat ödəyib. Serbiyalı mütəxəssisin rəhbərliyi altında ÇSKA 2024/25 mövsümündə Rusiya Kubokunun qalibi olub və Premyer Liqada 3-cü yeri tutub.

Seçilən
15
operativmedia.az

1Mənbələr