LERİK, 14 iyun. TELEQRAF
Lerikdə son günlər yaşayış evləri ilanların hücumuna məruz qalır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sürünənlərə daha çox rayonun Soru kəndində rast gəlinir.
İlanlar evlərə, həyətlərə girir.
Bu günlərdə kənd sakinlərindən Qədir İbadov həyətində 6 ilan zərərsizləşdirib.
Sakinlərin sözlərinə görə, yaranmış vəziyyətdə qorxu içində yaşayırlar. İlanların insanlara, xüsusən də həyətdə oynayan uşaqlara ziyan vuracağından narahatdırlar.
Onlar məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini, kənd ərazisində dezinfeksiya işləri aparılmasını, ilanların yayılmasının qarşısının alınması üçün tədbirlər görülməsini xahiş etdiklərini bildiriblər. Lakin indiyədək heç bir tədbir görülməyib.