AZ

İsrail yenidən hücuma başladı - Xameneinin evi və prezident sarayı da hədəf alındı...


İran qisas hücumlarına başladıqdan sonra İsrail Hərbi Hava Qüvvələri yenidən İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İsrail Hərbi Hava Qüvvələrinin İran daxilində bəzi hədəflərə hücum etdiyi bildirilib.

Məlumatlara görə, İraqın hava məkanında onlarla İsrail təyyarəsi yeni hücumlar üçün İrana doğru irəliləyir.

İsfahanda Raisi elektrik stansiyası vurulub. İranın Mehrabad hava bazası da İsrailin ən azı üç hava hücumuna məruz qalıb.

İsrail mediası İsrailin həyata keçirdiyi hava hücumlarda İranın ali dini lideri Ayətullah Əli Xameneinin evi və İran prezident kompleksinin yerləşdiyi məhəllələrin də hədəfə alındığını bildirib. Tehranın mərkəzində eşidilən güclü partlayışlarla yanaşı, havadan müdafiə raketlərinin havadakı hədəflərə cavab verdiyi bildirilir.

TAHİR

Seçilən
9
baki-xeber.com

1Mənbələr