İranın son raket hücumu zamanı düşən raketlərdən biri Tel-Əvivdə bir hündürmərtəbəli binanı tamamilə çökməsinə səbəb olub.
Modern.az xəbər verir ki, bu haqda İsrailin Daxili Cəbhə Komandanlığı məlumat yayıb.
Məlumatda hadisənin təfərrüatları və insan tələfatı ilə bağlı məlumat verilməyib.
Tel-Əviv polisinin şəhərdə raket zərbələrinə məruz qalmış bölgələrdə axtarış-xilasetmə işlər apardığı bildirilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrail Hərbi Hava Qüvvələri İranda 100-ə yaxın hədəfi vurub. Zərbələr nəticəsində SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, İsrail bütün qırmızı xətləri keçib və hazırda Tehranın cavab zərbəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur.
İsrailin nüvə obyektlərinə hücumuna cavab olaraq İran silahlı qüvvələri iyunun 13-ü axşam saatlarında əməliyyat keçirib. İranın cavabı əsasən kütləvi raket atışlarından ibarət olub.