AZ

İranda qorxulan oldu... İsrailin zərbələrindən sonra Natanz nüvə obyektində təhlükəli sızma aşkarlandı...


Bütün Yaxın Şərqi silkələyə İsrail və İran arasında qarşılıqlı hücumlar davam edir. İsrailin İranın nüvə proqramında uran zənginləşdirmə sürətini artıraraq silah istehsal etməsinə qarı başlatdığı hücumlarda nüvə obyektləri də hədəf alındı.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə İranın Natanz nüvə obyektində radioaktiv çirklənmənin aşkar edildiyini açıqlayıb. İranın 60 faiz uran istehsal etdiyi yer üstü obyektinin tamamilə məhv edildiyini bildirən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qrossi, müəssisədə ciddi radioaktiv və kimyəvi çirklənmənin olduğunu deyib.

“İranın uran istehsal etdiyi yerüstü obyekti tamamilə məhv edilib. İranın Natanz nüvə müəssisəsində radioloji və kimyəvi çirklənmə (sızma) var. Obyektin daxilində həm radioaktiv maddələr, həm də kimyəvi komponentlər səbəbindən ciddi çirklənmənin olduğu bildirilir. Bu vəziyyət həm işçilər, həm də ətraf mühit üçün ciddi sağlamlıq və təhlükəsizlik risqi yarada bilər” – deyə Qrossi bildirib.

Natanzda yeraltı zənginləşdirmə sahəsinə hücuma dair heç bir əlamət yoxdur, lakin elektrik təchizatına edilən hücum sentrifuqaları zədələmiş ola bilər.

TAHİR

Seçilən
7
baki-xeber.com

1Mənbələr