AZ

İRAN İSRAİLƏ ARD-ARDA ƏKS ZƏRBƏLƏR ENDİRİR - İki qırıcı vurulub, pilot əsir alınıb, ölənvə yaralananlar var (YENİLƏNİB)

Bu gün səhərə yazın İsrailin 200 qırıcı ilə İrana başlayan hücumuna Tehran rejimi əks zərbə ilə - yüzlərlə ballistik raketlə cavab verir.

Mia.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.

Bildirlib ki, bu dəqiqələrdə İsrailin ölkəyə hücumuna çox ağır cavab verilir: "Sionist rejimin qəddar hücumuna daha sərt cavab tədbirinə start verilib. Artıq İsrailə yüzlərlə müxtəlif ballistik raketlər buraxılıb."

Məlumatda o da deyilir ki, İrana hücumda rol alan İsrailin iki F-35 qırıcısı da vurulub: "Onlardan birinn qadın pilotu isə əsir alınıb" .

İsrail İranın ölkəyə hücum faktını təsdiqləyib: "Hazırda həmin raketləri ölkəmizə daxil omadan zərərsizləçdiririk".

İran srail ərazisinə səhərə kimi qısa fasilələrlə uzaqmənzilli 4-cü raket axını yönəldib.

Mia.az İsrail mediasına istinadla xəbər verir ki, indiyədək 2 müki şəxs həlak olub, 100-dək yaralı var.

İsrail mediası yazır ki, İran raketlərinin havada zərərsizləşdirilməsi əməliyyatında ABŞ müdafiə qüvvələri də iştirak edir: "Buna baxmayaraq, indiyədək 10-a yaxın mülki və inzibatı binaya zərbə dəyib. Böyük dağıntılar var. Əhali sığınacaqlarda gecələyib..."

Xəbərdə o da deyilir ki, İsrail qırıcıları da İrana hücumu davam etdirir: "İranın bir neçə əyalətdəki hərbi hava limanları, raket bazaları və ehtimal olunan nüvə obyektləri vurulub".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
6
1
mia.az

2Mənbələr