AZ

Azərbaycan-İran sərhədindəki keçid məntəqəsi açıldı - Xaricilər təxliyə olunur

BAKI, 14 iyun. TELEQRAF

Bir qrup xarici ölkə vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, onların ölkəyə girişi üçün İranla sərhəddə yerləşən Astara sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.

Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.

Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.

Seçilən
18
6
teleqraf.com

6Mənbələr