AZ

“Finalda rəqibim məndən zəif idi, özüm müəyyən səhvlərə yol verdim”

Azərbaycanın yunan-Roma güləşçisi Əli Nəzərov (60 kq) Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan Avropa çempionatının finalında müəyyən səhvlər səbəbindən qələbəni əldən verib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə deyib.

“Yarış yaxşı keçdi. Finala qədər hər şey istədiyim kimi idi. Həlledici görüşdə də qələbə qazana bilərdim.

Çünki rəqibim məndən zəif idi. Sadəcə, özüm müəyyən səhvlərə yol verdim. Ümid edirəm ki, çatışmazlıqları dünya çempionatında aradan qaldıracağam”, - deyə güləşçi vurğulayıb.

Azərbaycanın yunan-Roma güləşçiləri U-17 Avropa çempionatını 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) Avropa çempionu olublar. Əli Nəzərov (60 kq) gümüş medal əldə edib. Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Millimiz 116 xalla komanda hesabında üçüncü olub.

Seçilən
14
sportinfo.az

1Mənbələr