İsrailin mərkəzinə raket hücumu nəticəsində iki ölü, 20-dən çox yaralı var. "MDA"("Maqen David Adem") təcili yardım xidməti İsrailin mərkəzində birbaşa raket zərbəsi nəticəsində iki nəfərin öldüyünü bildirib. Daha iki nəfərin vəziyyəti ağırdır, 20 nəfər isə orta və yüngül ağır yaralanıb.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Yerli sakinlərin sözlərinə görə, raket yaşayış məntəqəsinə əvvəlcədən həyəcan siqnalı verilmədən düşüb və bu, çoxlarının sığınacaq tapmasına mane olub. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara təxliyə edilib, xilasetmə xidmətləri zərbə zonasında dağıntıları təmizləməyə davam edir.
Mütəxəssislər infrastruktura dəyən ziyanı qiymətləndirir və növbəti hücumların mümkünlüyü barədə xəbərdarlıq edirlər. Sakinlərdən sığınacaqların yaxınlığında qalmaları və təhlükəsizlik xidmətlərinin göstərişlərinə ciddi əməl etmələri xahiş olunur.
Xatırladaq ki, bundan öncə "MDA" İsrailin digər ərazilərində raket zərbələrindən 35 nəfərin yaralandığını bildirmişdi.