ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
İsrailin mərkəzində birbaşa raket zərbəsi nəticəsində iki nəfər həlak olub, daha iki nəfərin vəziyyəti ağır, 20 nəfər isə orta və yüngül dərəcəli xəsarətlər alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə MADA təcili yardım xidməti məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, raket əvvəlcədən xəbərdarlıq edilmədən yaşayış məntəqəsinə düşüb və bu, çoxlarının sığınacaq tapmasına mane olub.
Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara təxliyə edilib, xilasetmə xidmətləri zərbə zonasında dağıntıları təmizləməyə davam edir.
Mütəxəssislər infrastruktura dəyən ziyanı qiymətləndirir və növbəti hücumların mümkünlüyü barədə xəbərdarlıq edirlər. Sakinlərdən sığınacaqların yaxınlığında qalmaları və təhlükəsizlik xidmətlərinin göstərişlərinə ciddi əməl etmələri xahiş olunub.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.