AZ

“Sabah”ın qəhrəmanı: “Komanda və rəhbərlik çox əziyyət çəkdi”

“Komanda və rəhbərlik çox əziyyət çəkdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Tellür Mütəllimov Azərbaycan Kubokunun finalında “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.

30 yaşlı müdafiəçi sevincli olduğunu söyləyib:

“Son dəqiqəyə qədər mübarizə apardıq. Qələbə qolunu mən vurdum, amma əziyyəti bütün komanda çəkdi.

Bunun bəhrəsini də gördük. Avropa Liqasında yarışacağımıza görə sevinirik”.

O, avrokuboka vəsiqə üçün son ana qədər təslim olmadıqlarını bildirib:

“Çempionatda uğursuzluğa düçar olduq. Bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq, hücumlarımız nəticə vermirdi, rəqib isə 1-2 hücuma qol vururdu.

Buna görə də liqada bir az büdrədik. Premyer Liqaya iki tur qalmış bütün şansımızın kuboka qaldığını bilirdik. Ona görə də bütün gücümüzü bura qoyduq”.

"Sabah" Azərbaycan Kubokunu Tellur Mütəllimovun 120-ci dəqiqədə vurduğu qolla qazanıb.

Seçilən
5
sportinfo.az

1Mənbələr