AZ

Tesla ilk pilotsuz taksi xidmətini təqdim edib Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

İlon Maskın rəhbərlik etdiyi "Tesla" sürücüsüz gələcəyə doğru daha bir addım atdı: Texas ştatının Ostin şəhərində tamamilə avtonom hərəkət edən "Model Y" elektrik avtomobili müşahidə olunub.

Bizimyol.info xəbər verir ki, yeniliyin videosu Maskın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində, həmçinin şirkətin rəhbər şəxslərinin hesablarında paylaşılıb.

Kadrlarda sükan arxasında sürücü olmayan, üzərində "robotaxi" yazılmış qara "Model Y" avtomobili Ostinin sıx küçələrində hərəkət edir. Bu, "Tesla"nın yeni robotaksi şəbəkəsini tezliklə istifadəyə verməyə hazırlaşdığını göstərir.

Gözlənilir ki, ilk pilotsuz taksilər yaxın günlərdə marşrutlara çıxacaq, baxmayaraq ki, şirkət hələ rəsmi tarix açıqlamayıb. İlkin mərhələdə 10-20 ədəd avtonom avtomobil istifadəyə veriləcək. Bu avtomobillər yenilənmiş "Full Self-Driving" (FSD) sistemi ilə işləyəcək.

Yeni xidmət haqqında məlum olanlar:

Robotaksilər “nəzarətsiz” avtopilot versiyasından istifadə edir — yəni insan müdaxiləsi olmadan tam avtonom idarə olunur;Avtomobillər hazırda Ostinin müxtəlif rayonlarında testlərdən keçir, amma təhlükəsizlik məqsədilə hələlik sükan arxasında sürücü ilə;Səfər sifarişi üçün mobil tətbiq, xidmətin qiyməti və ilk istifadəçilərin siyahısı hələ açıqlanmayıb.

İlon Mask daha əvvəl bildirmişdi ki, avtonom texnologiyalar "Tesla"nın biznes modelinin əsas elementi olacaq. Test mərhələsindən sonra layihənin genişləndirilməsinə başlanacaq. Maskın sözlərinə görə, robotaksi şəbəkəsi tədricən Ostindən kənara da yayılacaq.

Qadir, Bizimyol.info

https://t.co/IhEzPx5PIb pic.twitter.com/zq4ZmiMqDg

— Sawyer Merritt (@SawyerMerritt) June 10, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
icma.az

1Mənbələr