İranın yarı rəsmi "Tasnim" xəbər agentliyi İranın paytaxtı Tehranın Mehrabad Beynəlxalq Hava Limanında baş verən yanğınla bağlı məlumat yayıb.
Moderator.az-ın "TSN"-ə istinadla yaydığı xəbərdə deyilir ki, İran agentliyi "X"-də hava limanı olduğu bildirilən ərazidən tüstü və narıncı alov sütununun yüksəldiyini nümayiş etdirən video paylaşıb.
Bu arada İranın “Fars” xəbər agentliyi Tehranın qərbindəki Mehrabad beynəlxalq hava limanının ərazisinə “iki raket”in düşdüyünü xəbər verib. İran mənbələri hadisə yerində yanğının baş verdiyini bildirib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana hava zərbələri endirib. Hücum İranın nüvə silahının inkişafı ilə bağlı əsas obyektləri hədəf alıb.