AZ

ÇL-də qələbəyə doyunca sevinə bilmədi

Fabian Ruis Çempionlar Liqasında (ÇL) qələbəyə doyunca sevinə bilməyib.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin oyunçusu bu uğurdan bir neçə gün sonra məyusluq yaşayıb.

Yarımmüdafiəçinin evi qarət olunub. “Le Parisien” qəzetinin məlumatına görə, hadisə bazar ertəsi - Fransa klubunun ÇL-dəki qələbəsindən iki gün sonra baş verib. Cinayəti törədən iki yeniyetmə olub. Onlar hadisə yerində yaxalanıblar.

Xatırladaq ki, Fabian son illərdə PSJ-nin bu tip cinayətin qurbanı olan ilk futbolçusu deyil. Belə ki, 2023-cü ildə komandanın italyan qapıçısı Canluici Donnarumma ailəsi ilə birgə silahlı hücuma məruz qalmış və evi qarət edilmişdi.

Seçilən
27
1
football-plus.az

2Mənbələr