AZ

İsrailə yardım edən ölkənin bazaları vurulacaq İran rəsmisi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran rəsmisi bildirib ki, sionist rejimə (İsrail) qarşı hücumlar güclənəcək və Tehran 13 iyun səhəri təcavüzə cavab vermək hüququnu özü üçün qanuni hesab edir.

Bizimyol.info xəbər verir ki, "Tasnim News Agency International Group"un məlumatına görə, İran rəsmisi CNN-ə: "İran İslam Respublikası İsrailə yardım edən istənilən ölkənin regional bazalarını hədəfə alacaq", - deyə bildirib.

Fars körfəzi ölkələrinin cənubunda öz qüvvələrini yerləşdirən ABŞ-dan əlavə, İraq və İordaniya, Fransa və Almaniya da öz qüvvələrini İordaniyada yerləşdirib və Britaniya qüvvələri də sionist rejimə kömək etmək üçün “Həqiqi vəd 1 və 2” əməliyyatları zamanı Kiprdən müdaxilə edib.

İran rəsmisi vurğulayıb ki, sionist rejimə qarşı hücumlar güclənəcək və Tehran 13 iyun səhəri təcavüzə cavab vermək hüququnu özü üçün qanuni hesab edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr