AZ

"Niyə mənə bu imkan verilməyib, doğrudan da bilmirəm"

Con Terri hesab edir ki, ingilis məşqçilərə özlərini göstərmək imkanı verilmir.

Sportinfo.az xəbər verir ki, Terri “The Mirror”a müsahibəsində bunları qeyd edib:

"Mənim futbola olan ehtirasım heç azalmayıb. Əlbəttə, baş məşqçi olmaq istəyirəm.

Bu çox vaxt aparır, matçlara baxıram, onları təkrar-təkrar izləyirəm, kurslara qatılıram, bu fürsəti gözləyərək çox vaxt sərf edirəm.

Bu nə qədər uzun çəkirsə, bir o qədər çox ehtimal var ki, sadəcə, nöqtə qoyub deyəcəyəm:

“Bilirsinizmi? Mən artıq başqa şeylərə diqqət yetirəcəm. Mən “Çelsi”nin kapitanı olmuşam, ölkəmin kapitanı olmuşam və bu komandaları bir çox uğura aparmışam.

Niyə mənə bu imkan verilməyib, doğrudan da bilmirəm. Mən düşünmürəm ki, ingilis məşqçilər xaricilər qədər şans qazanır.

Məncə, bizi aşağı səviyyəli liqalarda üstünlük qazanan, amma yenə də Birləşmiş Krallıqda və Premyer Liqada şans əldə edən əcnəbi məşqçilər çaşdırır".

"Çelsi”nin və İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri “Aston Villa” və “Lester”də baş məşqçi köməkçisi vəzifəsində çalışıb.

Seçilən
21
sportinfo.az

1Mənbələr