AZ

Quti Arda Güler haqqında diqqətçəkən açıqlamalar verib

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Real Madrid"in əfsanəvi yarımmüdafiəçilərindən olan Xose Mariya Qutyerrez (Quti) Arda Güler ​​haqqında diqqətçəkən açıqlamalar verib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, gənc istedadı "ona ən çox oxşayan oyunçu" kimi xarakterizə edən Quti Gülerə güvəndiyini bildirib.

Quti Arda Gülerin böyük bir klubda oynamağın çətinliklərini yaşadığına işarə edib: "Ümid edirəm ki, onun karyerası mənimkindən daha yaxşı olacaq. Keyfiyyət, istedad, son ötürmə və qol baxımından mənə ən çox bənzəyən oyunçudur. O, çox gəncdir və çətin klubda böyüyür. Başqa komandada olsaydı, daha çox oyun vaxtı olardı. Sadəcə Madriddə məşq etmək onu təkmilləşdirəcək", - Quti vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
3
oxu.az

4Mənbələr