AZ

“Bu vəziyyətdə məşqçi yazığı günahlandırmaq olmur”

“Yaxşı meydan yoxdursa, məşqçi futbolçuya futbolu necə oynamağı öyrədə bilməz.

Çünki ötürmə vermək, kombinasiya qurmaq mümkün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisiKaxaber Sxadadze deyib.

2024-cü ilin mart ayından etibarən “qırmızı-qaralar”ı çalışdıran gürcüstanlı mütəxəssis I Liqa oyunlarını qəbul edən stadionların meydançalarından şikayətlənib:

“Xüsusən qış aylarında vəziyyət dözülməz həddə çatır. Yeganə çıxış yolu topu irəli vurub, sonra yaxşı nəyəsə ümid etməkdir.

Futbolçu ötürmə verərək futbol oynaya bilmirsə, necə inkişaf edəcək? Məşqçi yazığı da günahlandırmaq olmur.

Əlverişsiz meydanda yalnız “vur, qaç” tapşırığını verir. Bu gün Birinci Liqanın ən böyük problemi meydanlarla bağlıdır.

Düzdür, süni örtüklü olanların bəziləri keyfiyyətlidir. Təəssüf ki, ot olan qazonlar haqda eyni sözü demək olmur”.

Seçilən
25
sportinfo.az

1Mənbələr