BAKI, 14 iyun. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş İsrail və İrandan eskalasiyanı dayandırmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
"Bu qədər eskalasiya kifayətdir! Dayanmaq vaxtıdır! Sülh və diplomatiya qalib gəlməlidir", - paylaşımda deyilir.