Bakı. Trend:
Yeni Zelandiyanın “Dawn Aerospace” şirkəti ABŞ-nin Oklahomaştatının Kosmik Sənayenin İnkişafı İdarəsi (OSIDA) ilə ilk “Mark 2Aurora” suborbital kosmos təyyarəsinin çatdırılması üzrə müqaviləimzalayıb.
Trend xəbər verirki, bu barədə “SpaceNews” məlumat yayıb.
17 milyon dollar dəyərindəki müqaviləyə əsasən, təyyarənin2027-ci ildə təhvil verilməsi və yerli operatorlar üçün təlimlərinkeçirilməsi nəzərdə tutulur. “Mark 2 Aurora” kosmik təyyarəsi 5kiloqrama qədər faydalı yükü 100 kilometr yüksəkliyə çıxarmaqimkanına malikdir və elmi, kommersiya və müdafiə məqsədlimissiyalarda istifadə olunacaq.
“Məqsədli sərmayələr vasitəsilə dövlətimiz kosmosa müntəzəm vəetibarlı çıxışı təmin edəcək”, – deyə Oklahoma ştatının leytenantqubernatoru Mett Pinnel bildirib.
OSIDA gələcəkdə Börns Fletdən ildə 100-ə qədər uçuşun həyatakeçirilməsini planlaşdırır. Kosmik təyyarə mülki aviasiya modelinəuyğun idarə olunacaq, yerli mütəxəssislər tərəfindən idarə ediləcəkvə tez yanacaqla doldurulma imkanına sahib olacaq.
“Mark 2 Aurora” hidrogen peroksid və kerosinlə işləyən reaktivmühərriklə təchiz olunub. 2024-cü ildə keçirilən sınaqlar zamanıtəyyarə Mach 1.1 sürətinə və 25 kilometrdən çox yüksəkliyəçatıb.