BAKI, 14 iyun. TELEQRAF
İsrail İranın ABŞ ilə nüvə danışıqlarında iştirak edən bütün nümayəndələrini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN-in jurnalisti Dana Baş telekanalın efirində bildirib.
Jurnalist bu məlumatı ABŞ Prezidenti Donald Trampla şəxsi telefon danışığı zamanı əldə etdiyini iddia edib.
Onun sözlərinə görə, Tramp danışıqlarda iştirak edən vacib şəxslərin məhv edildiyini bildirib.
Dana Baş qeyd edib ki, Ağ Ev bundan sonra İranın danışıqlar masasına oturacağına və gərginliyi artırmaq əvəzinə müzakirələri davam etdirəcəyinə ümid bəsləyir.