Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri İranın iki hərbi-hava bazasına raket vəpilotsuz uçuş aparatlarının buraxılması üçün zərbələr endirib.
Trend xəbər verirki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr İranın qərbində yerləşən Həmədan vəşimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbində“yer – yer” sinifli raketlərin buraxılış meydançasınayönəldilib.
“Hücum zamanı onlarla İran pilotsuz uçuş aparatı və ‘yer – yer’sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub.