AZ

İtaliyada leykozdan ölən yeniyetmə 21 ci əsrin ilk müqəddəsi olacaq

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2006-cı ildə leykemiyadan vəfat edən italiyalı yeniyetmə Karlo Akutisin kanonizasiyası (vəfat etmiş bir insanın müqəddəs olduğunu elan etmək, kilsə rəhbərliyi tərəfindən ölən şəxsin adının müqəddəslər siyahısına daxil edilməsi - red.) sentyabrın 7-də baş tutacaq. O, 21-ci əsrin ilk müqəddəsi olacaq.

Oxu.Az bildirir ki, bu barədə Roma Papası XIV Leo bəyanat verib.

Qeyd olunub ki, Karlo Akutis 15 yaşında vəfat edib. O, internetdə katolik inancı haqqında məlumat yayıb, möcüzələr haqqında paylaşımların dərc olunduğu sayt yaradıb. Yeniyetmə kilsənin gənc davamçıları arasında məşhur olub. O, tez-tez cins şalvar və idman ayaqqabısı ilə təsvir olunur ki, bu da onu yeni nəsil katoliklər üçün tanınan fiqur edir.

Mərasim Müqəddəs Pyotr meydanında baş tutacaq. Karlo Akutislə birlikdə həmçinin 1925-ci ildə 24 yaşında vəfat edən Pyer Corcio Frassati də kanonizasiya ediləcək.

Katolik Kilsəsində kanonizasiya prosesi adətən namizədlərin iki möcüzəsinin olmasını tələb edir. Akutisin möcüzəsi kimi onun anadangəlmə sindromla doğulan braziliyalı oğlan uşağını və eləcə də velosipeddən yıxılaraq kəllə-beyin travması alan bir qız uşağını sağaltması göstərilir. Karlo Akutisin anasının bəhs etdiyinə görə, o, yeddi yaşından etibarən hər gün messaya (Qərb xristianlığının bir çox formalarında əsas liturgik xidmət - red.) qatılıb və öz cib xərcliyini evsizlərə bağışlayıb. 2020-ci ildə ilk möcüzəsi tanındıqdan sonra o, müqəddəslər siyahısına salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
oxu.az

1Mənbələr