AZ

Karlos Alos millimizə və ya "Sumqayıt"a başçılıq edə bilər

Bakı. Trend:

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Karlos Aloskaryerasını Azərbaycanda davam etdirə bilər.

Trend xəbər verirki, ispaniyalı mütəxəssisin Azərbaycan milli komandası və yaPremyer Liqa təmsilçisi “Sumqayıt”a rəhbərlik edəcəyi ilə bağlıməlumatlar yayılıb.

Belarus mətbuatının yazdığına görə, Alosun gələcək taleyiBelarus Futbol Federasiyasının prezident seçkilərindən asılıolacaq. Mövcud müqaviləyə əsasən, əgər hazırkı prezident NikolayŞerstnev vəzifəsini tərk edərsə, Alosun müqaviləsi də qüvvədəndüşəcək. Qeyd edək ki, federasiyada seçkilər iyulun 17-dəkeçiriləcək.

Digər tərəfdən, 49 yaşlı çalışdırıcının artıq “Sumqayıt” klubuilə razılığa gəldiyi də vurğulanır. Hazırda “Gənclik şəhəri”təmsilçisinin baş məşqçi postu boşdur və Alosun növbəti mövsümdəkomandaya rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, Karlos Alos 2023-cü ildən Belarus millikomandasına rəhbərlik edir. Onun başçılıq etdiyi komanda bu ilinmart ayında Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycanmillisini 2:0 hesabı ilə məğlub edib.

Seçilən
62
az.trend.az

1Mənbələr