AZ

Avropdan atəşkəs çağırışı

BAKI, 14 iyun. TELEQRAF

İtaliyanın xarici işlər naziri Antonio Tacani İsrail və İranı təmkinli olmağa çağırıb və münaqişənin diplomatik yollarla dayandırılmasını istəyib.

Teleqraf xəbər verir ki, Tajani İsrailin xarici işlər naziri Gideon Saar ilə telefon danışığında Tehran və Təl-Əviv arasındakı münaqişənin diplomatiya yolu ilə dayandırılmasının vacibliyini vurğulayıb.

Həmçinin Hollandiyanın baş naziri Dik Şofs özünün X sosial media hesabında (keçmiş Twitter) mesajında ​​yazıb: “Gərginliyin dərhal azaldılması Yaxın Şərq regionunda sabitliyin bərqərar olması marağındadır”.

Avropa Birliyinin xarici siyasət rəhbəri Kaia Kallas da bundan əvvəl X-də yazıb: "Yaxın Şərqdə vəziyyət təhlükəlidir. Mən bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram".

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də mesajında ​​deyib: "Yaxın Şərqdən gələn xəbərlər çox narahatlıq doğurur. Avropa bütün tərəfləri maksimum təmkinli olmağa, dərhal gərginliyi azaltmağa və cavab tədbirlərindən çəkinməyə çağırır".

O vurğulayıb ki, regional sabitliyi və qlobal təhlükəsizliyi qorumaq üçün indi diplomatik həll həmişəkindən daha çox lazımdır.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr