Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycaniqtisadiyyatının 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 2,5 %artacağını proqnozlaşdırır.
Trend xəbər verirki, bu barədə agentliyin yaydığı hesabatda qeyd olunur.
Məlumata görə, 2024-cü ilin yekunlarına əsasən, ölkənin ümumidaxili məhsulunda (ÜDM) artım 4,1 % səviyyəsindəqiymətləndirilir.
“Fitch”in hesabatında bildirilir ki, iqtisadi artımın əsashərəkətverici qüvvələri dövlət investisiyaları vəqeyri-karbohidrogen sektorlarının inkişafı olacaq.
Eyni zamanda, agentlik vurğulayır ki, iqtisadi diversifikasiyasahəsində irəliləyiş hələ də məhduddur. Karbohidrogen sektoruÜDM-in 32 %-ni, ölkə ixracının isə təxminən 90 %-ni təşkiledir.
“Fitch” iqtisadiyyatın şaxələndirilməsini ləngidən əsasfaktorlar kimi dövlətin iqtisadiyyatda böyük rolunu, maliyyəvasitəçiliyinin zəifliyini və qeyri-enerji sektorlarına birbaşaxarici investisiyaların aşağı səviyyəsini göstərir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanınreal ÜDM-i illik ifadədə 1,5 % artıb. Bu artım əsasən həmin dövrdə3,9 % böyümə nümayiş etdirən qeyri-karbohidrogen sektoru hesabınatəmin edilib.