AZ

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil piyadanı vuraraq öldürüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
2
musavat.com

3Mənbələr