AZ

Britaniya səfiri İsrail və İranı gərginliyi azaltmağa çağırıb

BAKI, 14 iyun. TELEQRAF

Böyük Britaniyanın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsrail-İran müharibəsi ilə bağlı narahatlığını bildirib və bütün tərəfləri təmkinli olmağa, gərginliyin azaldılmasına çağırıb.

Teleqraf xəbər verir ki,Böyük Britaniyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Barbara Vudvord cümə günü axşamTəhlükəsizlik Şurasının İsrailin İran ərazisinə hücumu ilə bağlı fövqəladə iclasında deyib: "Təhlükəsizlik Şurası bu gün təhlükəli bir məqamda toplanır. Biz İsrailin İrandakı obyektlərə hücumundan, həmçinin İranın buna cavabından narahatlığımızı bildiririk. Bu böhranın genişlənməsi, regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə ciddi təsir göstərməsi riski artır. Bu, heç kimin marağında deyil. Bizim birinci prioritetimiz Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq olmalıdır. Biz bütün tərəfləri dərhal geri çəkilməyə, təmkinli olmağa və gərginliyi azaltmağa çağırırıq".- Vudvord əlavə edib.

Səfir daha sonra qeyd edib: "Böyük Britaniya bu aksiyada iştirak etməyib. Birmənalı şəkildə deyim ki, Rusiyanın Kipr adasındakı Britaniya suveren bazalarının hər hansı şəkildə bu işə qarışması ilə bağlı iddiaları cəfəngiyyatdır. Belə məqamlarda Rusiyanın dezinformasiya yayması dərin məsuliyyətsizlikdir".

Vudvord sözlərinə belə davam edib: "Biz sabitliyə qayıtmaq üçün istənilən diplomatik səyləri qətiyyətlə dəstəkləyirik. Bu gün biz İsraillə ən yüksək səviyyədə danışdıq və xarici işlər nazirimiz İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb. Biz hər iki tərəfi təmkinli olmağa və gərginliyi azaltmağa çağırdıq".

O, həmçinin deyib: "Biz sülh yolu ilə nəticə əldə etmək üçün kollektiv şəkildə əlimizdən gələni etməyimizi təmin etmək üçün regiondakı tərəfdaşlarımızla əlaqə saxlamağa davam edirik".

İsrail rejimini dəstəkləyən Britaniya səfiri bildirib ki, İsrail də öz xalqını və təhlükəsizliyini qorumalıdır: "Ona görə də hərbi münaqişəni dayandırmaq və danışıqlar yolu ilə həll yoluna getmək bütün aktorların marağındadır. İndi Təhlükəsizlik Şurası üzvlərinin güclü və vahid mövqe nümayiş etdirməsinin vaxtıdır. Gərginliyi azaltmaq üçün təcili tədbirlər görməliyik və diplomatiyaya qayıtmaq imkanı verməliyik".

Seçilən
24
teleqraf.com

1Mənbələr