ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"River Pleyt" klubu öz rəsmi saytında Franko Mastantuononun "Real Madrid"ə keçidini açıqlayıb.
Oxu.Az bildirir ki, bu barədə Argentina klubunun Mətbuat Xidməti yazıb.
Qeyd olunub ki, kral klubu "yeni Messi" adlandırılan 17 yaşlı futbolçunu Argentina klubu ilə müqavilə müddəti bitmədən satın alıb.
İyulun 13-də başa çatacaq klublararası dünya çempionatından sonra futbolçu İspaniya klubuna keçəcək. Transfer qiyməti 63,2 milyon avro təşkil edib. Onunla müqavilə 6 illik müddətə bağlanıb.
Xatırladaq ki, Mastantuono "River Pleyt"də 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.