Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əfsanəvi kanadalı hokkeyçi Ueyn Qretskinin dediyinə görə, “Vaşinqton”un rusiyalı forvardı Aleksandr Oveçkinin MHL-də keçirdiyi elə ilk mövsümdə müntəzəm çempionatda qol sayı üzrə rekordunun yenilənə biləcəyini anlayıbmış. "Football-plus.az" xəbər verir ki, 2006-cı il yanvarın 16-da paytaxt klubu səfərdə “Finiks” üzərində böyükhesablı qələbə qazanmışdı (6:1). Həmin vaxt “Finiks”i məhz Qretski çalışdırırdı. Onda 20 yaşlı Oveçkin dubl etmiş, arxasıüstə uzandığı vəziyyətdə hər kəsin diqqətini çəkən qol vurmuşdu. Qretskinin bununla bağlı açıqlaması:
“Kimsə yaxınlarda məndən soruşdu ki, Oveçkinin sizin rekordunuzu yeniləyə biləcəyini nə vaxt anladız? Və mən cavab verdim ki, elə ilk mövsümdə, komandam onun “Vaşinqton”una qarşı oynayanda. O, bütün komandanı arxada qoydu, arxasıüstə qol vurdu”.
39 yaşlı Oveçkinin kanadalı əfsanənin rekordunu aprelin 6-da – “Aylenders”lə Nyu-Yorkdakı oyunda qırdığını da xatırladaq. Həmin gün müntəzəm çempionatda 895-ci qolunu vuran rusiyalı ulduz MHL tarixinin vahid liderinə çevrildi. Sonradan “Kepitalz”ın kapitanı qol sayını 897-yə çatdırdı. Qretski isə müntəzəm çempionatlarda 894 qol vurub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.