Bakı. Trend:
Azərbaycanın beynəlxalq ehtiyatları və Dövlət Neft Fondunun(ARDNF) aktivləri 2025-ci ilin sonuna 74 milyard ABŞ dolları təşkiledəcək ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 98,4 faizinəbərabərdir.
Trend xəbər verirki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” məlumatyayıb.
Agentliyin qiymətləndirməsinə əsasən, ARDNF-nin aktivləri2025–2026-cı illərdə neftin orta qiymətinin bir barrel üçün 65dollar olacağı proqnozu fonunda təxminən 62 milyard ABŞ dolları(ÜDM-in 79,3 faizi) səviyyəsində sabit qalacaq.
“Fitch” həmçinin qeyd edir ki, Azərbaycanın xalis xariciaktivlərinin 2025–2026-cı illərdə orta hesabla ÜDM-in 67 faizinədəkyüksələcəyi gözlənilir. Bu göstərici “BBB” və “A” reytinqkateqoriyaları üçün orta səviyyədən əhəmiyyətli dərəcədəyüksəkdir.
Agentlik cari hesab balansının profisitinin neft qiymətlərininsabitləşməsi nəticəsində 2025-ci ildə ÜDM-in 5,3 faizinədək,2026-cı ildə isə 4,9 faizinədək azalacağını proqnozlaşdırır.Müqayisə üçün, 2021–2024-cü illər ərzində bu göstərici orta hesabla15,6 faiz olub. Eyni dövrdə “BBB” kateqoriyalı ölkələr üzrə mediangöstərici cəmi 0,4 faiz təşkil edib.
“Fitch” analitikləri hesab edirlər ki, Azərbaycanın neftixracının orta və uzunmüddətli dövrdə artması mümkündür. Bu artıməsasən “Qarabağ” neft yatağının işlənməsi və quruda həyatakeçiriləcək şist nefti hasilatı layihələri hesabına baş verəbilər.