AZ

Tom Kruzun üzündəki sirli iz: Həkimlər dəri xərçəngindən şübhələnirlər

ain.az bildirir, Oxu.az portalına istinadən.

Hollivud ulduzu Tom Kruzun üzündə qəribə izlər görünüb.

Oxu.Az xəbər verir ki, narahatedici foto "RadarOnline" tərəfindən yayımlanıb.

Aktyorun burnunun sağ tərəfində çapıq nəzərə çarpıb.

Ekspertlər bunun dəri xərçənginin diaqnozu üçün edilən əməliyyatdan qaynaqlandığını bildiriblər. Yara izinin biopsiya üçün götürülən toxuma nümunəsinə bənzədiyi bildirilib.

Qeyd edək ki, 62 yaşlı aktyorun atası 1984-cü ildə 49 yaşında düz bağırsaq xərçəngindən vəfat edib. Bu, genetik meyil ehtimalını gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr