AZ

İran İsrail ərazisinə onlarla raket atdı, 5 nəfər yaralandı

BAKI, 14 iyun. TELEQRAF

Son hücum zamanı İran İsrail ərazisinə onlarla raket atıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Raketlərin bir neçəsinin vurulduğu bildirilir, lakin dəqiq say açıqlanmır.

Hücum zamanı beş nəfər yaralanıb, onlardan birinin yarası yüngüldür.

"Xilasetmə qüvvələri ölkə ərazisində dağıntılar haqqında məlumatların daxil olduğu bir neçə ərazidə çalışır", - bəyanatda deyilir.

Seçilən
24
teleqraf.com

1Mənbələr