AZ

İsrail hücumlarında İranın Qüds Qüvvələrinin komandanı da öldürüldü...


ABŞ mətbuatı İsrailin İrana dünən gecədən bəri davam edən hücumları ilə bağlı yeni iddia irəli sürüb. “New York Times” qəzeti yazır ki, İsrail ordusunun hücumlarında İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani də həyatını itirib.

Səhər saatlarında İsrail İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Luristan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hücumlar təşkil edib. Hücumlarda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun rəhbəri general-mayor Hüseyn Səlami, Hatəmül Ənbiya Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid, İnqilab Keşikçiləri Hava və Kosmik Qüvvələrinin komandiri general-mayor Əmir Əli Hacızadə də daxil olmaqla yüksək rütbəli hərbi rəsmilər və 6 nüvə alimi həlak olub.

TAHİR

Seçilən
46
baki-xeber.com

1Mənbələr