BAKI, 14 iyun. TELEQRAF
"İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi klublararası dünya çempionatından gözləntilərini açıqlayıb.
Teleqraf xəbər verir ki, “Sovetski Sport”a danışan ulduz futbolçu ən yaxşı klublarla rəqabət aparmaq istədiyini deyib
"Maraqlı yarışdır. Orada iştirak etmək imkanının olması çox gözəldir. Mənim gözləntilərim digər komandalarda oynadığım vaxtlardan fərqlidir. Mən ən yaxşı klublarla rəqabət aparmaq və uğur qazanmaq fürsətini səbirsizliklə gözləyirəm", - Messi deyib.
Qeyd edək ki, iyunun 14-dən iyulun 13-dək ABŞ-də klublararası dünya çempionatı keçiriləcək. Turnirdə 32 komanda iştirak edəcək. Komandalar səkkiz qrupa bölünüb, qruplarda birinci və ikinci yeri tutanlar 1/8 finala yüksələcək.
A qrupunda yer alan "İnter Mayami" klubu "Əl Əhli" (Səudiyyə Ərəbistanı), "Porto" (Portuqaliya) və "Palmeyras" (Braziliya) ilə qarşılaşacaq .